Azərbaycan 2015-ci il ərzində sayğac göstəriciləri əsasında 8 milyard 405 milyon kub metr təbii qaz ixrac edib. Bu isə 2014-cü ilin anoloji dövrü ilə müqayisədə 1,86% azdır.
Oxu.Az bu barədə Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir.
“Ötən il gömrük bəyannamələri əsasında isə 200 milyon 739 min dollar dəyərində 1 milyard 276 milyon kub metr təbii qaz ixrac olunub. Hesabat ilində ixrac olunan təbii qazın məbləği 2014-cü ildən 34% az olub”, - deyə DGK-dan qeyd edilib.
Ülviyyə R. Əli
www.oxu.az