Rusiya, Qazaxıstan və Belarus orta əməkhaqqının səviyyəsinə görə Gürcüstan da nəzərə alınmaqla MDB məkanında lider ölkələr olaraq qalır.
Oxu.Az Musavat.com-a istinadən xəbər verir ki, “Vedomosti” verdiyi məlumata görə, 2013-cü ilin ikinci rübü üçün dollarla hesablanan nəticələr belə olub:
Rusiya - 925 dollar
Qazaxıstan – 730 dollar
Belarus – 615 dollar
Azərbaycan - 557 dollar
Ukrayna – 418 dollar
Ermənistan – 386 dollar
Moldova – 318 dollar
Qırğızıstan – 237 dollar
Ən aşağı əməkhaqqı – 150 dollar – Tacikistandadır. MDB üzvü olmayan Gürcüstanda bu rəqəm 485 dollar təşkil edir. Özbəkistanla bağlı rəqəm müəyyən edilməyib.