Bütün maliyyə mənbələrindən əsas kapitala 17,6 milyard manat vəsait yönəldilib. Onun 72,3 faizi daxili mənbələr hesabına təmin edilib.
Oxu.Az-a bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistikada göstərilir ki, sərf edilmiş sərmayələrin 63,9 faizi məhsul istehsalı, 36,1 faizi xidmət sahələri obyektlərinin inşasında istifadə olunub. Dövlət mülkiyyətli müəssisə və təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 48,2 faizini təşkil edib.
Məlumatda bildirilir ki, bütün maliyyə mənbələri hesabına ölkədə ümumi sahəsi 19 78,3 min kvadratmetr olan yeni yaşayış evləri, 280 çarpayılıq xəstəxanalar, növbədə 251 nəfəri qəbul etmək imkanına malik ambulatoriya-poliklinika müəssisələri, 29230 şagird yerlik ümumtəhsil məktəbləri, 1332 yerlik məktəbəqədər təhsil müəssisələri, 294 yerlik klub və s. obyektlər istifadəyə verilib.