Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında “Azeri Light” (CIF) markalı neft ucuzlaşıb.
Oxu.Az-ın məlumatına görə, Azərbaycan neftinin bir barelinin qiyməti 4,11 ABŞ dolları və ya 4,2% azalaraq 92,77 dollar təşkil edib.
Sentyabrın 7-də Azərbaycan neftinin bir barelinin qiyməti 96,88 dollar olub.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Ən çox oxunanlar