Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.
Oxu.Az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 3,12 ABŞ dolları, yaxud 3,74 % azalaraq 80,33 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib.
2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.
Ən çox oxunanlar