Hər il may ayının 1-də Beynəlxalq əməkçilər gününün keçirilməsi və birjaların işləməməsi səbəbindən Azərbaycanın dünya bazarına çıxararaq satdığı “AzeriLight” markalı xam neftin qiymətində heç bir dəyişiklik olmayıb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, “AzeriLight” markalı neftin bir barelinin qiyməti ötən gün olduğu kimi 53,04 dollara bərabər olub.
Xatırladaq ki, “AzeriLight” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
U.A.
www.oxu.az