Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Azərbaycan neftinin qiyməti üç faizə yaxın artıb
Azərbaycan neftinin bu günə olan qiyməti açıqlanıb.
Oxu.Az xəbər verir ki, dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 2,5 ABŞ dolları, yaxud 2,6 faiz artaraq 97,6 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Ən çox oxunanlar