Mayın 4-də Azərbaycana daha 72 ədəd yük vaqonu gətirilib.
Oxu.Az-a bu sözləri Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov bildirib. O qeyd edib ki, bu vaqonların 50-si yarımvaqon, 22-si iritonnajlı konteyner daşıyan platforma vaqonlarıdır.
Onun sözlərinə görə, daha 50 vaqon da yaxın günlərdə ölkəyə gətiriləcək.
“Həmin 50 vaqon artıq Dərbənddədir” - deyə, Nadir Əzməmmədov bildirib.
Məlumat üçün bildirək ki, “Azərbaycan Dəmir Yolları” QSC ilə Rusiya Federasiyasının “Uralvaqonzavod” Elmi-İstehsal Korporasiyası arasında Azərbaycana 2900 ədəd müxtəlif təmayüllü yük vaqonunun alınması qərara alınmışdı.
Bundan əvvəl tərəflər arasında olan razılığa əsasən, aprelin 25-də “Azərbaycan Dəmir Yolları” QSC-nin sifariş etdiyi yarımvaqon tipli 50 yük vaqonu da ölkəmizə gətirilmişdi.
Qeyd edək ki, həmin vaqonların 122 -si artıq Azərbaycandadır.
Ülviyyə R. Əli
www.oxu.az