Azərbaycan Rusiyanın “Luçnik-E” zenit-raket kompleksləri ilə maraqlanır.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu açıqlamasında “Oboronekspo-2014” sərgisində Rusiyanın Maşınqayırma Konstruktor Bürosunun nümayəndəsi Georgi Kuzık bildirib, yazır Arms-TASS.
Yeni zenit-raket kompleksi (ZRK) köhnəlmiş “Strela-10” ZRK-lərin əvəz edilməsi üçün yaradılıb. Yaxın vaxtlarda sistemin seriyalı istehsalına başlanılacaq.
Yeni ZRK-də “Strela-10” kimi MT-LB maşınlarının şassisi üzərində yerləşir. Sistemin silahlanmasında “İqla-S” raketləri tətbiq olunur.
“Luçnik-E” ZRK-lərə Azərbaycanla yanaşı, Türkmənistan və Qazaxıstan da marağını ifadə edib.