Azərbaycandan Rusiyaya ixrac azalıb.
Bu barədə Oxu.Az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Belə ki, komitənin məlumatına görə, 2015-ci ilin 3 ayı ərzində Azərbaycandan Rusiyaya 61 122.73 min dollar dəyərində məhsul ixrac olunub. Bu da 2014-cü ilin müvafiq dövrünün göstəricisindən 77, 442.65 və ya 56 % azdır.
Azərbaycanın Rusiya ilə ümumi ixracda payı 2015-ci ilin 3 ayı ərzində 1.81% təşkil edib. Qeyd edək ki, 2014-cü ilin 3 ayı ərzində isə bu göstərici 44.11% idi.
İdxala gəlincə isə, Rusiyadan Azərbaycana 3 ayda 334 938.07 min dollar dəyərində məhsul idxal olunub. Bu da 2014-cü ilin müvafiq dövrünün göstəricisindən 20 % çoxdur. Azərbaycanın bu ölkə ilə idxalda payı 2015-ci ilin 3 ayında 13.79% təşkil edib.
Ülviyyə R. Əli
www.oxu.az