Azərbaycanın Silk Way Airlines yükdaşıma aviaşirkəti və Ukraynanın Antonov dövlət müəssisəsi 10 ədəd An-178 təyyarəsinin alınması haqqında müqavilə imzalayıblar.
Müəssisə həmçinin Çin ilə təyyarənin birgə yığılması barədə müqavilə bağlayıb. Müqavilə Kiyevdə, An-178 təyyarəsinin ilk nümayiş uçuşu zamanı baş verib, Oxu.Az Defense Express xəbər verir.
Bütün təyyarələr Kiyevdə yığılacaq.
“Antonov” dövlət müəssisəsinin prezidenti – baş konstruktoru Dmitri Kivanın sözlərinə görə, hazırda bu təyyarə ilə bağlı ilkin sifariş paketi təxminən 100 ədəd təşkil edir. Səudiyyə Ərəbistanı və Fars körfəzi ölkələri də təyyarəni almaqda maraqlıdırlar.