Azərbaycan Respublikası 2014-cü ilin aprel ayının 1-nə olan məlumata görə, Ukrayna iqtisadiyyatına 314,82 milyon ABŞ dolları sərmayə yatırıb.
Oxu.Az Novosti.az-a istinadən xəbər verir ki, bu barədə iki ölkənin iqtisadi-ticarət əməkdaşlığına dair saytın rəsmi sorğusuna cavab olaraq Ukraynanın Azərbaycandakı səfirliyinin məlumatında bildirilib.
2013-cü ildə Azərbaycan sərmayəsinin Ukrayna iqtisadiyyatına cəlb edilməsinin müsbət dinamikası müşahidə edilirdi, artım 254,23 milyon dollardan ibarətdir.
Beləliklə, il ərzində Ukrayna iqtisadiyyatına Azərbaycan investisiyasının həcmi 5 dəfə artıb.
Azərbaycandan gələn investisiyanın ümumi həcminin 80,5%-i topdan və pərakəndə ticarət, 9,6%-i sənaye, 6,3%-i tikinti sahəsinə yatırılıb.
2014-cü ilin yanvar ayının 1-nə olan məlumata görə, Ukrayna Azərbaycan Respublikasının iqtisadiyyatına 2,78 milyon ABŞ dolları məbləğində investisiya edib.