Bu ilin yanvar-fevral aylarında Azərbaycan və Avropa İttifaqı (Aİ) ölkələri arasında aparılan ticarət dövriyyəsinin dəyəri açıqlanıb.
Oxu.Az xəbər verir ki, ixracın dəyəri 2 428 516 ABŞ dolları, idxal isə 375 801 000 dollar həcmində olub.
Belə ki, Aİ üzvləri sırasında ən çox ticarət dövriyyəsi aparılan ölkə İtaliyadır.
Məlumata görə, İtaliya ilə ticarət dövriyyəsinin 1 732 161 dolları ixracın, 81 292 000 dolları isə idxalın payına düşüb.