Bu gün Minskdə Belarus və Azərbaycan arasında ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 9-cu iclası keçirilib.
Oxu.Az Belta-ya istinadən xəbər verir ki, iclasın yekununda Belarusun baş nazirinin müavini Vladimir Semaşko və Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov protokol imzalayıb. Protokolda o cümlədən neft-kimya kompleksi üzrə əməkdaşlıq da nəzərdə tutulur.