Bu gün beynəlxalq avtomobil daşımalarına icazələrin mübadiləsi və digər məsələlərlə bağlı beynəlxalq avtomobil daşımaları üzrə Azərbaycan-Moldova Qarışıq komissiyasının protokolu imzalanıb.
Bu barədə Oxu.Az Azərbaycan Nəqliyyat Nazirliyindən bildiriblər.
Məlumata görə, protokolu Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Elnur Abdullayev və Moldova Avtomobil Agentliyinin Beynəlxalq Əlaqələr Xidmətinin rəisi imzalayıb.
Sənəddə beynəlxalq avtomobil əlaqələrinin vəziyyəti, perspektivlər və onun inkişafı, yük daşımaları sahəsində icazə vərəqələrinin istifadəsi öz əksini tapıb.