Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi internet messencerlər (Viber, WhatsApp, Skype və başqaları) və sosial şəbəkələrin fəaliyyətini serifikatlaşdıracaq.
Bu barədə jurnalistlərə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib, Oxu.Az Trend-ə istinadən xəbər verir.
O bildirib ki, artıq şirkətlərlə danışıqlar başlayıb və onların əksəriyyəti bu addımı müsbət qarşılayıb.