2013-cü ilin yanvar-iyun aylarında Azərbaycan xaricə 5,6 mlrd. dollar sərmayə yatırıb.
Oxu.Az Day.Az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının saytında dərc olunmuş birinci yarımilin yekunları üzrə ödəniş balansında deyilir.
Ödəniş balansındakı məlumatlara əsasən, bu məbləğ birbaşa investisiyalar (445 mln. dollar), portfel investisiyaları (113,2 mln. dollar) və digər investisiyaların (5,024 mlrd. dollar) hesabına formalaşıb.
Digər investisiyalara kredit və avanslar (2,89 mlrd. dollar), kreditlər və borclar (100,6 mln. dollar), depozitlər və nağd pul (2,03 mlrd. dollar) daxildir.
2013-cü ilin yanvar-iyununda Azərbaycanda 2,3 mlrd. dollar həcmində öhdəliklər formalaşıb ki, bunun da 1,03 mlrd. dollar portfel investisiyalarının payına düşür (Trend).