Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Azərbaycana avtomobil idxalında növbəti rekord
Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2013-cü il ərzində ölkəyə idxal olunmuş avtomobillərin sayı 104 385 min ədəd təşkil edib və 2012-ci illə müqayisədə 3,09% artıb.
Oxu.Az xəbər verir ki, ötən ildə ən yüksək göstərici dekabr ayında qeydə alınıb və 10 699 maşın təşkil edib. 2013-cü ilin dekabrında 9 705 minik avtomobili idxal olunub və bu da il ərzində ən yüksək göstərici olub.
Cari ildə avtomobil idxalı dəyəri barədə məlumat verilmir.
Lakin 2013-cü ildə nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin ümumi idxalı 1,435.913 mln. dollar təşkil edib. Bu, 2012-ci ilin (1,414.069 mln. dollar) idxal həcmindən 1,54% yüksək olub və ümumi idxalın 13,4%-ni təşkil edib.
2012-ci ildə ölkəyə 1,119,546 milyon dollar dəyərində 101 255 avtomobil idxal olunub.
Əsas idxalı 760,099 milyon dollar ümumi dəyərində 89 652 minik avtomobili təşkil edib.
Həmçinin, 213,350 mln. dollar dəyərində 9 433 yük avtomobili, 96,215 mln. dollar dəyərində 1 132 xüsusi məqsədli nəqliyyat vasitələri və 49,881 mln. dollar dəyərində 10 nəfər və ya daha çox adam yerləşə biləcək 1 038 avtobus ölkəyə idxal olunub.