Azərbaycan Mərkəzi Bankı 13 fiziki şəxsə sığorta agenti fəaliyyəti üçün verdiyi lisenziyaların qüvvəsini bərpa edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Məlumata görə, bununla bağlı qərar oktyabrın 20-də "Sığorta fəaliyyəti haqqında” Qanuna əsasən qəbul olunub. Səbəb sığorta vasitəçilərinin lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halları aradan qaldırmalarıdır.