Mülkiyyət məsələləri üzrə Dövlət Komitəsi mülkiyyətin özəlləşdirilməsi prosesinin effektivliyi və şəffaflığı üçün səy göstərir.
Beləliklə, orta hesabla investisiya özəlləşdirməsi hər satılan müəssisəyə 9,231 milyon manat sərmayə qoyuluşuna gətirib çıxarır.
Oxu.Az ABC.az-a istinadən xəbər verir ki, Dövlət Komitəsinin məlumatına görə, 2006-2014-cü illərdə investisiya müsabiqələri 65 müəssisənin özəlləşdirilməsinə imkan yaradıb.
“Bu müəssisələrə 600 milyon manat sərmayə qoyulub, bu isə 8,5 min yeni iş yeri açmağa imkan verib”, - Dövlət Komitəsindən bildirilib.
Özəlləşdirmə prosesi dayanmır. Belə ki, 2014-cü ildə 400 kiçik müəssisə və obyekt, qeyri-yaşayış əraziləri və bitməmiş tikintilər özəlləşdirilib. Eləcə də 300-ə yaxın torpaq sahəsi satılıb. 310 qeyri-yaşayış sahəsi və 250 torpaq sahəsi isə icarəyə verilib.