Azərbaycanda fəaliyyət göstərən 45 kommersiya bankından 40-ı 2015-ci ilin yanvar ayını mənfəətlə, 5-i isə ziyanla başa vurub.
Bu barədə Oxu.Az-a Mərkəzi Bankdan məlumat verilib.
Xatırladaq ki, 2014-cü ilin yekunlarına görə, zərərlə işləyən bankların sayı 8 idi.
Qeyd edək ki, ay ərzində bankların mənfəəti 70,94 milyon manat, zərəri isə 4,04 milyon manat olub. Bununla bağlı, bank fəaliyyətində ümumi mənfəət 66,9 milyon manat təşkil edib.