Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov mətbuat konfransı keçirib.
Oxu.Az-ın məlumatına görə, konfrans Mərkəzi Bank və Əmanətlərin Sığortalanması Fondunun birgə təşkilatçılığı ilə baş tutub.
Əsas mövzu bağlanmış - “Atabank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “Amrahbank” ASC - banklarında fiziki şəxslərin qorunan əmanətlərinin qaytarılması prosesinə başlanmasıdır.
İlhamə Əbülfət