Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Bakı İqlim Fəaliyyəti Həftəsinin ilk günü başa çatıb
Bakı İqlim Fəaliyyəti Həftəsinin ilk günü başa çatıb.
"Report" xəbər verir ki, tədbirin rəsmi açılış mərasimindən sonra "İqlim İmperativi - Yerli Fəaliyyətdən Qlobal Fəaliyyətə", "Azərbaycanın enerji keçidi", "Şəhər Konteksti - Quraşdırılmış Ətraf Mühit, Risk və Davamlılıq", "Ağıllı Şəhərlər və Dayanıqlı İnfrastruktur - Davamlı Dizayn və İnşaatın Rolu", "Şəhər keçidinin maliyyələşdirilməsi - Yaşıl Maliyyə və İşləyən İnvestisiya Modelləri", "Neft və Qaz Sektorunda Enerji Keçidinin Sürətləndirilməsi" adı altında panel sessiyalar baş tutub.
Sessiyalarda müvafiq mövzular üzrə Azərbaycan və xarici ölkələrin rəsmiləri, müvafiq sahələr üzrə ekspertlər çıxış edib.
Qeyd edək ki, oktyabrın 4-dək davam edəcək bu tədbir adaptasiya olunan iqlim həllərini araşdırmaq və bu həll variantlarının tətbiqini sürətləndirmək üçün bütün dünyadan 700 nəfər insanı, o cümlədən dayanıqlılıq üzrə müxtəlif ekspert və siyasətçiləri, eləcə də özəl sektor və vətəndaş cəmiyyətinin liderlərini bir araya gətirir.
BMT Baş Assambleyasının 79-cu sessiyası və Nyu-York İqlim Həftəsindən sonra keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi COP Sədrliklərinin Üçlüyü tərəfindən elan edilmiş 1,5°C hədəfinə aparan yol xəritəsi çərçivəsində həyata keçirilən işlərin daha geniş vüsət almasını təmin edəcək və COP29 Sədrliyinin Fəaliyyət Gündəliyinə dəstək olacaq.
2024-cü il sentyabrın 30-da ilk Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW) başlayıb. Oktyabrın 4-dək davam edəcək bu tədbir adaptasiya olunan iqlim həllərini araşdırmaq və bu həll variantlarının tətbiqini sürətləndirmək üçün bütün dünyadan 700 nəfər insanı, o cümlədən dayanıqlılıq üzrə müxtəlif ekspert və siyasətçiləri, eləcə də özəl sektor və vətəndaş cəmiyyətinin liderlərini bir araya gətirir. Dünya ictimaiyyəti cari ilin noyabrında Bakıda keçiriləcək COP29 tədbirinə hazırlaşarkən, Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW) iqlim təqvimində mühüm an kimi tarixə düşəcək.
Oxu.Az xəbər verir ki, BMT Baş Assambleyasının 79-cu sessiyası və Nyu-York İqlim Həftəsindən sonra keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi COP Sədrliklərinin Üçlüyü tərəfindən elan edilmiş 1.5°C hədəfinə aparan yol xəritəsi çərçivəsində həyata keçirilən işlərin daha geniş vüsət almasını təmin edəcək və COP29 Sədrliyinin Fəaliyyət Gündəliyinə dəstək olacaqdır.
Tədbir COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai daxil olmaqla, bir sıra mötəbər sözçülərin iştirak etdiyi açılış mərasimi ilə başlayıb. London İqlim Fəaliyyəti Həftəsi ilə tərəfdaşlıq çərçivəsində keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi iqlim həllərinin inkişaf etdirilməsi məsələsində beynəlxalq əməkdaşlıq və sinerjini daha da gücləndirəcək.
Tədbir hazırda aktual olan iqlim probleminə qabaqlayıcı yanaşmanı ehtiva edir. Tədbirdə beynəlxalq nümayəndə heyətlərinin iştirakı ilə yüksək səviyyəli konfransın keçirilməsi, eləcə də dəyirmi masa, plenar iclas və ekspert qrupları tərəfindən müzakirələrin təşkili və öhdəliklərin imzalanması nəzərdə tutulur. Qlobal biliklərlə yerli təşəbbüsləri birləşdirən Bakı İqlim Fəaliyyəti Həftəsinin məqsədi bu mühüm COP29 tədbiri ərəfəsində beynəlxalq ictimai rəy liderlərinin iştirakı ilə yerli maraqlı tərəfləri ruhlandırmaq və səfərbər etməkdir. Sözügedən tədbir ədalətli və "yaşıl" keçid prosesini asanlaşdırmaq üçün inklüziv iştirak və innovativ həllərin zəruriliyini vurğulamaqla yanaşı, Azərbaycan cəmiyyətində kompleks səfərbərlik səyləri çərçivəsində atılan ilk addımdır. Siyasi və biznes liderlərindən tutmuş yerli icma və gənclərə qədər cəmiyyətin bütün təbəqələrindən insanları cəlb edən Bakı İqlim Fəaliyyəti Həftəsi Azərbaycanın mövcud iqlim problemləri ilə mübarizə aparmaq və "yaşıl" keçidin təklif etdiyi imkanları araşdırmaq üçün maarifləndirici və stimullaşdırıcı platforma olacaq.
Bakı İqlim Fəaliyyəti Həftəsi COP29 ərəfəsində Azərbaycanın regional liderliyini nümayiş etdirəcək və milli "yaşıl" keçid təşəbbüslərində aparıcı rol oynamaq öhdəliyini vurğulayacaqdır. Bu toplantı yerli və regional kontekstlərə əsaslanan "yaşıl" keçidlə bağlı müzakirələrin təşviqi üçün mühüm dönüş nöqtəsi olacaq. Bundan əlavə, Bakı İqlim Fəaliyyəti Həftəsi dayanıqlı inkişaf və iqlim fəaliyyəti öhdəliyinə sadiq olan təşkilatlarla yeni əməkdaşlıq əlaqələri, eləcə də investisiya və tərəfdaşlıqlar çərçivəsində Azərbaycanın keçid dövrünü dəstəkləməyə çalışacaq.
Tematik mövzular və proqram
Bakı İqlim Fəaliyyəti Həftəsi əsas diqqəti yerli, milli və beynəlxalq həmkarlarla tərəfdaşlıq çərçivəsində təqdim olunan mühüm mövzulara yönəldəcək. Builki tədbirin əsas mövzuları "Enerji keçidi", "Şəhərlər/Urbanizasiya olunmuş mühitlər", "Su təhlükəsizliyi", "Qida və kənd təsərrüfatı", "Kiçik və Orta biznes müəssisələri" və "Yaşıl bacarıqlar" olacaq. Həftənin birinci yarısında (sentyabrın 30-dan oktyabrın 2-dək) dövlət qurumları, elmi dairələr və özəl sektor nümayəndələrinin iştirakı ilə iqlim həlləri nümayiş etdiriləcək və yüksək səviyyəli beynəlxalq konfrans keçiriləcəkdir.
Həftənin ikinci yarısında (3-4 oktyabrda) Bakının zəngin mədəni irsinə müraciət etməklə ölkənin keçid prosesi ilə yaxından tanış olmaq üçün elm, təhsil, incəsənət və mədəniyyət töhfələrinə diqqət yetiriləcək və gəzinti, müzakirə, eləcə də sərgilər kimi maraqlı tədbirlər keçiriləcəkdir. Bundan əlavə, həftənin ikinci yarısı əsas öhdəliklərin hazırlanması və imzalanması, eləcə də iqlim fəaliyyəti və əməkdaşlıqla bağlı öhdəliklərin daha da gücləndirilməsi üçün platforma rolunu oynayacaq. Bakı İqlim Fəaliyyəti Həftəsi həm də ümummilli iqlim dialoqunun başlanğıcı olacaq və tədricən rəsmi qurumları və vətəndaş cəmiyyətini səfərbər etməyə çalışacaqdır. Həftə ərzində şəhərin bir sıra məkanlarında həm ictimai, həm də fərdi tədbirlərin keçirilməsi nəzərdə tutulur. Rəsmi proqramın əsas məkanlarına Heydər Əliyev Mərkəzi, Daş Salnamə Muzeyi, ADA Universiteti və digər yerlər daxildir.
COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev qeyd edib ki, Azərbaycan üçün bu qədər önəmli bir ildə Bakı İqlim Fəaliyyəti Həftəsinin keçirilməsi iqlim dəyişmələrinə qarşı mübarizəni sürətləndirmək məqsədilə dövlət səviyyəsində aparılan müzakirələrin genişləndirilməsi baxımından atılan növbəti mühüm addımdır: "Azərbaycanın məqsədi örnək olmaqdır və COP29 Sədrliyinin ambisiyaları artırmaq və fəaliyyətə təkan vermək konsepsiyası həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrin iştirakını tələb edir".
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qeyd edib ki, həm Bakı şəhəri, həm də ümumilikdə Azərbaycan üçün əlamətdar bir ildə bu cür mötəbər və genişmiqyaslı tədbiri təşkil etmək bizim üçün qürurverici vəzifədir: "Hazırlıq prosesi sürətlə davam edir və biz COP29 konfransını mötəbər və dünya səviyyəli tədbirlərdən biri kimi təşkil etmək üçün bütün işləri nəzərdə tutulmuş qrafik çərçivəsində davam etdiririk. Artıq Bakı şəhəri qlobal konfranslara ev sahibliyi sahəsində təcrübəlidir və bu il də belə olacaq, yəni Bakı İqlim Fəaliyyəti Həftəsi şəhərimizin qlobal liderlik ənənələrinin yeni davamına çevriləcəkdir. Bakı İqlim Fəaliyyəti Həftəsinin ilk tədbiri üçün nəzərdə tutulmuş məkanlar Bakının zəngin mədəni irsinin müxtəlif elementlərini vurğulamaqla yanaşı, qədim bir şəhər ilə keçid dövründə olan bir ölkənin hekayəsini anlatmaq üçün seçilib".
London İqlim Fəaliyyəti Həftəsi ilə Bakı İqlim Fəaliyyəti Həftəsi arasında əməkdaşlıqla bağlı London İqlim Fəaliyyəti Həftəsinin təsisçisi və sədri, iqlim dəyişmələri sahəsində səylərinə və COP26 (BB) Sədrliyinə göstərdiyi dəstəyə görə Britaniya İmperiyası Ordeninə (OBE) layiq görülmüş Nik Mabey qeyd edib ki, Bakı İqlim Fəaliyyəti Həftəsi milli, regional və qlobal səviyyələrdə fəaliyyətin təşviqinə yönəldilən və cəmiyyətin bütün təbəqələrini ehtiva edən geniş spektrli tədbirləri bir araya gətirib: "London İqlim Fəaliyyəti Həftəsinin kollektivi olaraq, qlobal iqlim həftəsi şəbəkəsinin daha bir nüfuzlu üzvünü dəstəkləyə bilmək bizə qürur hissi verir. Yalnız daha geniş və güclü dəstəyi təşviq etməklə, biz "xalis sıfır" hədəfinə nail olmaq üçün lazım olan transformativ dəyişiklikləri həyata keçirə bilərik".
İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panelin (IPCC) sədri Jim Skea isə Bakı şəhərini iqlim fəaliyyəti həftəsinə ev sahibliyi edən aparıcı şəhərlərin sırasına qoşulduğu üçün səmimi qəlbdən təbrik etdiyini bildirib: "İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panelin (IPCC) sədri olaraq, mən ilk Bakı İqlim Fəaliyyəti Həftəsində çıxış etməkdən çox məmnunam və böyük şərəf hissi duyuram. Bu unikal təşəbbüs şəhərlər, özəl sektor və maliyyə institutlarını bir araya gətirərək onların arasında dialoq və qarşılıqlı əlaqəni gücləndirir. İqlim Fəaliyyəti Həftəsi Bakı şəhəri və onun əhalisinin iqlim fəaliyyətlərinə cəlb olunması və stimullaşdırılması, eləcə də bu fəaliyyətlərdə qarşılıqlı iştirak və əməkdaşlıq etmələri üçün platforma təklif edir. Bu təşəbbüs BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) qarşıdan gələn 29-cu sessiyasının nəticə və uğurlarına töhfə verə və onları dəstəkləyə bilər".
Azərbaycanda Bakı İqlim Fəaliyyəti Həftəsi (BİFH) keçirilir.
"Report" xəbər verir ki, sentyabrın 30-dan oktyabrın 4-dək davam edəcək tədbir ictimaiyyətin noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) hazırlaşdığı vaxtda iqlim gündəliyinin əsasını təşkil edəcək.
BİFH siyasət, maliyyə, ticarət, investisiya, elm, incəsənət, mədəniyyət kimi bir sıra sahələrdən vətəndaş cəmiyyətlərindən və mediadan əsas maraqlı tərəfləri bir araya gətirir.
Tədbirin rəsmi açılış mərasimində ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev, COP29-un Yüksəksəviyyəli Çempionu Nigar Arpadarai, iqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika naziri Pərviz Şahbazov, digər rəsmilər və xarici qonaqlar iştirak edirlər.
Rəsmi açılış mərasimindən sonra Bakı İqlim Fəaliyyəti Həftəsi müxtəlif sahələrə həsr olunan panellərlə davam edəcək.
"Bakı İqlim Fəaliyyəti Həftəsi" teqi üzrə xəbərlər
- Nazir müavini: "Azərbaycanda təhsil proqramlarında iqlim dəyişiklikləri mövzuları əksini tapacaq"
- Elm və Təhsil Nazirliyi COP29-la əlaqədar tədbirlər planı hazırlayıb
- SOCAR 2035-ci ilə qədər layihə portfelini şaxələndirməyi planlaşdırır
- 160-a yaxın elektriklə çalışan avtobus alınıb - Yaxın günlərdə ölkəyə gətiriləcək
- Azərbaycanda yaşıl binaların inkişaf konsepsiyasına dair Yol Xəritəsi hazırlanacaq