Bu gün əmək bazarında daha çox turizm ixtisasları, sənayenin müxtəlif sahələri və iaşə xidməti sahəsində çoxsaylı peşələrə ehtiyac var.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli deyib.
O bildirib ki, Dövlət Məşğulluq Xidmətinin Tədris Mərkəzində də hazırda bir çox ixtisaslar üzrə peşə-tədris kursları təşkil olunur.
Nazir müavini ötən illərlə müqayisədə vakant yerlərin sayında artım müşahidə olunduğunu da deyib.