Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycanda bu şəxslərə 75 faiz vergi güzəşti olacaq - RƏSMİ
Koronavirus pandemiyasının təsirinə məruz qalan fəaliyyət sahələrinin əmlak və torpaq vergisindən azad olunması ilə yanaşı, həmin sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinə seçdikləri vergitutuma metodundan asılı olaraq, 2020-ci il 1 yanvardan etibarən bir il müddətinə bir sıra vergi güzəştlərinin verilməsi nəzərdə tutulur.
Oxu.Az-ın məlumatına görə, bu barədə İqtisadiyyat Nazirliyi tərəfindən pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən, kiçik və orta sahibkarlığa) vergi güzəştlərinin və tətillərinin verilməsi ilə bağlı vergi və sosial qanunvericiliyə ediləcək əsas dəyişikliklərlə bağlı hazırlanan layihədə qeyd edilib.
Sənəddə bildirilib ki, mənfəət (gəlir) vergisi rejimində fəaliyyət göstərən ödəyicilər üzrə əldə edilən mənfəətin (gəlirin) 75 faizi miqdarında vergi güzəştlərinin verilməsi nəzərdə tutulur.
Sadələşdirilmiş verginin ödəyicisi olan ictimai iaşə və sərnişin daşımaları fəaliyyəti həyata keçirən vergi ödəyicilərinə sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz güzəşt verilməsi nəzərdə tutulur.
Sahə üzrə vergi dərəcəsi və məbləği | Hazırda | Təklif edilir |
İctimai iaşə sektoru | 8 faiz | 4 faiz |
Sərnişindaşıma (taksi istisna) - hər oturacağa görə* | 1,8 AZN | 0,9 AZN |
Sərnişindaşıma (taksi) - hər nəqliyyat vasitəsi üçün* | 9 AZN | 4,5 AZ |
"İqtisadiyyat Nazirliyi" teqi üzrə xəbərlər
- İqtisadiyyat Nazirliyinin təltif olunmuş əməkdaşlarına orden və medallar təqdim edilib
- Azərbaycanda satışda olan yanacaqlarla bağlı şikayətlər müzakirə edildi
- Mikayıl Cabbarov "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşdü
- Naxçıvanda yeni istilik elektrik stansiyası tikiləcək
- Biznes mühitinin müxtəlif sahələrinə dair qanunvericilik normaları barədə İCMAL hazırlandı