2013-cü ildə Azərbaycanda Dövlət Yol Polisinin qeydiyyata aldığı avtomobillərin sayı 90 212 ədəd artaraq 1 048 806 ədədə çatıb.
Oxu.Az Marja-ya istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatına görə, Azərbaycanın avtomobil parkında olan avtomobillərin 399 046 ədədi və ya 38%-i VAZ markalı avtomobillərdir.
Əvvəlki illərdə Azərbaycan yollarında bu markadan olan modellərin sayı əsasən VAZ 2107 modelinin hesabına kəskin artırdırsa, artıq 2013-cü ildə artım səngiyib. İndi Azərbaycanda VAZ-ın ən çox satılan modeli 2121-dir (NİVA). Ötən il ölkəmizdə 3956 NİVA avtomobili qeydiyyata alınıb.
Azərbaycanda ötən il ən çox qeydiyyata alınmış avtomobil markaları Mercedes-Benz, Opel, Hyundai, Toyota, Kia olub. Avtomobil parkımızın 17%-i Mercedes-lərdən, 5%-i Hyundai-lərdən, 4%-i Toyota-lardan, 3,7%-i isə Opel-lərdən və. s. ibarətdir.
Azərbaycan bazarında satış liderləri olan Hyundai və Kia-nın sayı ötən il, 2012-ci ilin artım sayı ilə müqayisədə cəmi müvafiq olaraq 273 və 745 ədəd artarkən, Nissan-ın sayı 1672 ədəd, Renault-un sayı 578 ədəd artıb. Azərbaycanda Mitsubishi, Chevrolet, Toyota, Opel alanların sayı isə azalıb.
Azərbaycanda hər 1000 nəfərə 133 avtomobil, o cümlədən 112 minik avtomobili düşür. O cümlədən ölkəmizdə hər 100 ailədən 50-nin avtomobili var. Halbuki, 2000-ci ildə bu göstərici cəmi 19 idi.
2013-cü ildə Azərbaycanda ən çox qeydiyyata alınmış avtomobil markaları:
CƏDVƏL 1
| Adı | 2012-ci il, artım sayı, ədədlə | 2013-cü il, artım sayı, ədədlə |
| Mercedes | 23688 | 29070 |
| Opel | 8255 | 8019 |
| Hyundai | 7203 | 7440 |
| Toyota | 6212 | 6189 |
| Kia | 5346 | 6091 |
| Nissan | 3569 | 5241 |
| VAZ | 3836 | 3406 |
| BMW | 1730 | 2475 |
| Chevrolet | 3278 | 2200 |
| Wolkswagen | 3232 | 2118 |
| Mitsubishi | 3161 | 1422 |
| Lexus | 1067 | 1287 |
| Ford | 849 | 1112 |
| Reno | 375 | 953 |
| LandRover | 615 | 785 |
| Honda | 685 | 654 |
| Audi | 432 | 597 |
| Chery | 262 | 360 |
| Fiat | 297 | 319 |
CƏDVƏL 2
|
| 2000 | 2012 | 2013 | 2013-də Artıb, -Azalıb |
| Cəmi | 332 026 | 958 594 | 1 048 806 | 90212 |
| Zaporojests və modif, | 11 594 | 6 090 | 6 221 | 131 |
| Oka-111 | … | 2 094 | 2 092 | -2 |
| Tavriya | … | 689 | 585 | -104 |
| Vaz-2101, 03-06 | 162 354 | 201 656 | 201 110 | -546 |
| Vaz-2102, 2104 və modif. | 8 868 | 15 143 | 15 102 | -41 |
| Vaz-2108, 2109 və modif. | 10 821 | 24 591 | 24 517 | -74 |
| Vaz-2105, 2107 və modif. | 19 639 | 126 612 | 126 723 | 111 |
| Vaz-2121 və modif. | 10 443 | 27 638 | 31 594 | 3956 |
| Moskviç və modif. | 35 557 | 25 771 | 25 666 | -105 |
| Qaz-24 və modif. | 26 122 | 27 415 | 27 372 | -43 |
| Qaz-3102 və modif. | 9 024 | 21 849 | 21 793 | -56 |
| Uaz-469 və modif. | 6 643 | 2 539 | 2 806 | 267 |
| Digər minik avtomaşınları (MDB) | 10 645 | 47 180 | 53 126 | 5946 |
| BMW | 2 421 | 20 133 | 22 608 | 2475 |
| Opel | 707 | 30 956 | 38 975 | 8019 |
| Mercedes | 4 653 | 148 521 | 177 597 | 29070 |
| Wolkswagen | 776 | 15 489 | 17 607 | 2118 |
| Audi | 537 | 2 911 | 3 508 | 597 |
| Ford | 1 059 | 5 219 | 6 331 | 1112 |
| Chevralet | 128 | 7 080 | 9 280 | 2200 |
| Cadillac | 17 | 219 | 258 | 39 |
| Buick | 14 | 82 | 74 | -8 |
| Lincoln | 22 | 101 | 102 | 1 |
| Chrysler | 151 | 27 | 22 | 5 |
| Rover | 51 | 91 | 101 | 10 |
| Oldsmobil | 13 | 14 | 14 | 0 |
| Volvo | 477 | 990 | 1 033 | 43 |
| Talbot | 25 | 23 | 23 | 0 |
| Saab | 37 | 54 | 58 | 4 |
| Reno | 1 592 | 3 064 | 4 017 | 953 |
| Peugeot | 345 | 1 592 | 1 754 | 162 |
| Sitroyen | 55 | 93 | 135 | 2 |
| Toyota | 909 | 33 775 | 39 964 | 6189 |
| Mazda | 225 | 1 990 | 2 437 | 447 |
| Suzuki | 42 | 617 | 705 | 88 |
| Nissan | 1 252 | 22 784 | 28 025 | 5241 |
| Mitsubishi | 461 | 18 504 | 19 926 | 1422 |
| Honda | 181 | 4 017 | 4 671 | 654 |
| Subaru | 26 | 1 749 | 1 869 | 120 |
| Datsun | 29 | 24 | 24 | 0 |
| Dayxatsu | 12 | 222 | 222 | 0 |
| Alfa Romeo | 147 | 201 | 205 | 4 |
| Fiat | 258 | 2 904 | 3 223 | 319 |
| Daewoo | 2 334 | 8 169 | 8 424 | 255 |
| KIA | 625 | 19 344 | 25 435 | 6091 |
| Skoda | 67 | 736 | 831 | 95 |
| Tatra | 4 | 1 | 1 | 1 |
| Tofaş | 664 | 6 390 | 6 374 | -16 |
| Hyundai | … | 44 411 | 51 851 | 7440 |
| Jaguar | … | 150 | 173 | 23 |
| Asiya | … | 23 | 23 | 0 |
| CHERY | … | 1 550 | 1 910 | 360 |
| LANDROVER | … | 3 030 | 3 815 | 785 |
| İnfiniti | … | 1 601 | 1 792 | 191 |
| Lexus | … | 6 069 | 7 356 | 1287 |
| Azsamand | … | 2 782 | 431 | -2351 |
| Porsche | … | 958 | 1 231 | 273 |
| Digər xarici minik avt. | … | 10 667 | 15 684 | 5017 |