Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Azərbaycanda hər doğulan uşağa görə 100 manat verilə bilər
Hazırda yaş yarıma qədər körpəyə qulluq üçün ayda 30 manat, bundan sonrakı müddətdə 3 yaşına qədər uşağa qulluq etmək üçün anaya ayda 15 manat verilir. Bu məbləğ çox az olduğundan həmin məbləğ 60 manat müəyyənləşdirilsin.
Oxu.Az AzVision.az-a istinadən xəbər verir ki, bu təkliflə Milli Məclisin sosial siyasət komitəsinin iclasında, DSMF-nin 2015-ci il üçün dövlət büdcəsinin müzakirəsi zamanı millət vəkili Elmira Axundova çıxış edib.
Millət vəkili qeyd edib ki, bu məbləğ qonşu dövlətlər, xüsusilə də Rusiya və Qazaxıstana nisbətən azdır: “Digər tərəfdən, Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Azərbaycanda uşaqlar üçün yaşayış minimumu 103 manatdır. Belə olan təqdirdə, uşaqlara qulluq üçün nəzərdə tutulan məbləğ niyə 15-30 manat həddində olmalıdır?”.
Elmira Axundova həmçinin doğuş üçün anaya verilən birdəfəlik müavinətin məbləğinin 90 AZN-dən 100 manata qaldırılmasını təklif edib: “Bu, 100 manata qaldırılsa, artıq kifayət qədər ciddi və sanballı rəqəm olardı”.
E.Ə.
www.oxu.az
"Milli Məclis" teqi üzrə xəbərlər
- ƏHALİNİN NƏZƏRİNƏ: İpoteka kreditlərinin ilkin ödənişi azaldılır?
- Milli Məclisin deputatları Ədliyyə Nazirliyinin Probasiya xidmətində olublar
- Ermənistan ordusu mövqelərimizi niyə davamlı atəşə tutur? - SƏBƏBLƏR AÇIQLANDI
- Vüqar Bayramov: "Mediasiya prosesinə daha çox sahələrin cəlbinə zəmin yaranıb"
- Milli Məclis İlham Əliyev və Mehriban Əliyevanı bayram münasibətilə təbrik edib