2014-cü ilin ötən dövründə korporativ depozitlər 35,3 % artaraq, 8.2 milyard manata, əhalinin əmanətləri isə, 10,8 % artaraq, 7.1 milyarda çatıb. Əhalinin manat əmanətləri 11 ayda 15 % artıb. Regionlarda isə əmanətlər 12,4 % artıb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2015-ci ildə pul-kredit siyasəti və maliyyə sabitliyinin əsas istiqamətlərinə dair bəyanatında deyilir.
Hazırda Azərbaycanda hər 1000 nəfərə 473 əmanətçi düşür. Adambaşına əmanətin məbləği 745 manata, fiziki şəxslərin bank hesablarının sayı isə, 6.4 milyona çatıb.