Mərkəzi Bankın 2015-ci il yanvarın 1-nə olan məlumatına görə, ölkədə 45 bank fəaliyyət göstərir. 2014-cü ilin I rübündə ölkədə bankların sayı 43 olsa da, həmin ilin sonuncu rübündə bu rəqəm 45-ə çatıb. Yəni, ötən il Azərbaycanda daha iki bank yaradılıb.
Bu barədə Oxu.Az-a Mərkəzi Bankdan məlumat verilib.
Xatırladaq ki, ölkədə bankların maksimum sayı 2009-cu ildə olub (46). 2015-ci il yanvarın 1-nə olan məlumata görə, bank filiallarının sayı isə 752 ədəd təşkil edib. Bunlardan 40-ı dövlət banklarının, 712-si isə özəl bankların payına düşüb.
www.oxu.az