"Azərbaycanda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzi və Tədqiqat Mərkəzi yaradılacaq".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsinin rəis müavini Rövşən Mirzəyev "Azərbaycan və İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT): İmkanlar və perspektivlər" mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, sözügedən mərkəzlərin yaradılması istiqamətində son tamamlanma işləri görülür:
"İran və Türkiyədə bu təşkilatın tərkibində fəaliyyət göstərən bir sıra mərkəzlər mövcuddur. Azərbaycanda İƏT-in Təmiz Enerji Mərkəzi və Tədqiqat Mərkəzinin yaradılması iqtisadi inkişafa töhfə verəcək".
Aygün Mirakif