Qarşıdakı illərdə neftin qiymətinin artması proqnozlaşdırılmır. Çünki alternativ enerji mənbələri sürətlə artır və inkişaf edir, yeni texnoloji ixtiralar neftdən asılılığı azaldır.
Oxu.Az xəbər verir ki, Dünya Bankının aparıcı iqtisadçısı Volfgang Fengler Azərbaycanda iqtisadi inkişaf və makrosabitliyin qorunması üçün bir neçə təklif verib.
Bu təkliflər aşağıdakılardır:
1. Azərbaycan kimyəvi məhsul istehsalına keçib və bu tendensiya çox müsbət iqtisadi nəticələr verəcək. Çünki kimya məhsulları üzrə bazar xam neft məhsullarından daha böyükdür. Qarşıdakı illərdə xam neft bazarı kiçiləcək və kimya məhsulları bazarında tələbat daha da artacaq. Azərbaycan neftdən istehsal etdiyi bu məhsullarla bazarda önə çıxa bilər və buna böyük potensialı var.
2. Maliyyə sektorunda dayanıqlılıq və tarazlıq təmin edilməlidir. Düzdür, problemli kreditlər də daxil olmaqla, son islahatlar maliyyə sektorunda müsbət trendlər yaradıb, lakin bu sektorda problemlər hələ də var.
3. Azərbaycan rəqabət qabiliyyətini yüksəltməlidir, çünki hələ də yüksək riskli ölkələr qrupuna daxildir.
4. Neft iqtisadiyyatından təhsilin bəhrələnməsi. Vaxtilə Kaliforniya nefti ilə uğur qazanmışdı, bu gün isə dünyanın ən məşhur təhsil ocağı olan Stanforda sahibdir.