2015-ci il martın 1-nə olan məlumata görə, ölkədə ümumilikdə dövriyyədə olan ödəniş kartlarının sayı bir ay ərzində 23 min ədəd artaraq( 2015-ci ilin fevral ayının cari ilin əvvəli ilə müqayisəsi) 6 milyon 041 min ədədə çatıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) saytında yerləşdirilmiş statistik hesabatda deyilir.
Məlumata görə, kartların ümumi sayından 4 milyon 722 min ədədi debet kartları, o cümlədən 2 milyon 447 min ədədi sosial kartlar, 1 milyon 441 min ədədi əmək haqqı kartları, 834 min ədədi isə digər debet kartlarının payına düşüb. 1 milyon 319 min ədədi isə kredit kartlarının payına düşüb. 2015-ci ilin yanvar ayınd isə kredit kartlarının sayı 1 milyon 322 min ədəd idi. Kredit kartlarının sayında azalma müşahidə olunub.
Hesabat dövrü ərzində kredit kartları vasitəsilə əməliyyatların sayı 129 min ədəd ( yanvar, fevral ayları ərzində) azalaraq, 1 milyon 517 min ədədə çatıb. Həyata keçirilən əməliyyatların həcmi də azalaraq, 211 min manat olub.
Beləliklə, bir ay ərzində kredit kartları vasitəsilə aparılan əməliyyatların həcmi və sayında azalma müşahidə olunub.
Ülviyyə R.Əli
www.oxu.az