2015-ci ilin mayın 1-nə olan məlumata görə, ölkədə ümumilikdə dövriyyədə olan ödəniş kartlarının sayı 11 min ədəd artaraq 6 milyon 049 min ədədə çatıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) saytında yerləşdirilmiş statistik hesabatda deyilir.
Məlumata görə, kartların ümumi sayından 4 milyon 785 min ədədi debet kartları, o cümlədən 2 milyon 471 min ədədi sosial kartlar, 1 milyon 444 ədədi əmək haqqı kartları, 870 min ədədi isə digər debet kartlarının payına düşüb.
Kredit kartlarının sayında isə azalma (2015-ci ilin aprelin 1-i ilə, mayın 1-nin müqayisəsi) müşahidə olunur.
AMB bildirir ki, ilin əvvəlində əgər 1 milyon 302 min ədəd kredit kartı var idisə, mayın 1-ə olan hesabata görə, bu göstərici 1 milyon 264 min ədədə düşüb.
Kredit kartları ilə aparılan əməliyyatların həcmi 195 milyon manat, sayı isə 1 milyon 520 min ədəd olub.
Qeyd edək ki, bir ayda kredit kartları vasitəsilə aparılan əməliyyatların sayı artsa da, həcmi 24 milyon manat azalıb.
Ülviyyə R. Əli
www.oxu.az