Ötən il qida və içki istehsalı müəssisələri tərəfindən 2,8 milyard manat həcmində məhsul istehsal edilib.
Oxu.Az Gün.az-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, 2013-cü ildə əvvəlki illə müqayisədə qida məhsullarının istehsalında 4,2%, içki istehsalında isə 13,6% artım müşahidə olunub.
Bu sahələrin əsas məhsullarından qənd və şəkər tozunun istehsalı 16,6 % artaraq 414,1 min ton, üzlü süd istehsalı 1,3 % artaraq 830,4 min ton, pendir və kəsmik istehsalı 1,2 % artaraq 47,5 min tona çatıb.
Həmçinin pivə istehsalı 10,0 % artaraq 5,3 mln. dkl, alkoqolsuz içkilərin istehsalı 6,8% artaraq 25,9 mln. dkl təşkil edib.