Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycanda plastik məmulatların istehsalına güzəştli kredit ayrılıb - FOTO
İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu plastik məmulatların istehsalı layihəsinə 120 min manat güzəştli kredit ayırıb.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “X” hesabında paylaşım edib.
Nazir qeyd edib ki, bu kredit “Fuba Plastik” MMC-yə ayrılıb.
"Fuba Plastik" MMC plastik məmulatların istehsalı layihəsi üzrə güzəştli kreditdən yararlanan sahibkarlıq subyektlərindən biridir. Sahibkarlığın İnkişafı Fondundan (@sahibkarliq) layihə üzrə 120 min ₼ məbləğində #güzəştlikredit ayrılıb.#EconomyAz pic.twitter.com/ziBLpdacWR
— Mikayil Jabbarov (@MikayilJabbarov) May 13, 2024
Ən çox oxunanlar