Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) “Şirinlər” günəbaxan tumlarının istehsalçısı olan “Şərq Qərb” ASC tərəfindən qanunsuz stimullaşdırıcı lotereyanın keçirilməsini aşkar edib. QKDK lotereyanın dayandırılması barəsində göstəriş verib.
Bu barədə Oxu.Az-a QKDK-dən bildirilib.
Xatırladaq ki, QKDK “Şərq Qərb” ASC tərəfindən keçirilən lotereyanın qeyri-qanuni olduğunu bildirir və vətəndaşları bu lotereyada iştirak ilə bağlı diqqətli olmağa dəvət edir.