Azərbaycan Beynəlxalq Bankı (ABB), Avropa bankları arasında ilk olaraq islam bankçılığı qaydalarına cavab verən yeni “Qiblə kart” adlı məhsulunu müştərilərə təqdim edir.
Oxu.Az Marja-ya istinadən xəbər verir ki, bu gün ABB-nin İslam bankçılığı departamenti “Qiblə Kart”ın təqdimatını keçirib.
Məlumat verilib ki, debet MasterCard Platinum bazasında hazırlanmış bu kart qeyri-adi üslubda dizayn edilib. Kartın üzərində dünyanın istənilən nöqtəsində qibləni təyin edən xüsusi elektron kompas yerləşdirilib.
Bu kart vasitəsilə kart hesabındakı vəsaitin nağdlaşdırılması, alış-verişlərin və xidmət haqlarının ödənilməsi mümkündür.
“Qiblə kart” debet rejimində, eləcə də bank tərəfindən ayrılan borc limiti ilə də istifadə oluna bilər. Kartla ayrılan borc limitinin uzadılması, borcun ödəmə müddətinin sonunda müzakirə olunur. Müştəri tərəfindən qaytarılan borc kartın balansında yatırılır və borc limiti bərpa olunur.
“Qiblə kart”ının qiyməti 40 manatdır və illik xidmət haqqı karta ayrılan borc limitindən aslı olaraq dəyişir.