Mayın 2-də Qəbələdə “Tarla günləri”-nin açılış mərasimi keçiriləcək.
Oxu.Az-a bu barədə Kənd Təsərrüfatı Nazirliyindən (KTN) məlumat verilib.
Nazirliyin məlumatına görə, tədbir aqrar sektorda son yenilikləri və imkanları özündə əyani surətdə əks etdirəcək.
Qeyd edək ki, tədbirdə KTN-nın rəhbərliyi, məsul işçiləri, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, xarici ölkə səfirlikləri, ictimai birlik nümayəndələri, alimlər və kənd təsərrüfatı sektorunda çalışan sahibkarlar iştirak edəcəklər.
Xatırladaq ki, nazirlik “Kənd təsərrüfatı ili” ilə əlaqədar bu tip tədbirləri həyata keçirir.
Ülviyyə R. Əli
www.oxu.az