2014-cü ilin yanvar-iyul aylarında tikinti materiallarının istehsalı ilə məşğul olan şirkətlər 249,2 milyonluq mal istehsal edib, bu isə ötən ilin analoji dövrü üçün olan göstəricidən 22,6% artıqdır.
Oxu.Az Day.Az-a istinadən bildirir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.
Hesabat dövründə Azərbaycanda 1,66 milyon ton sement (ötən ilin analoji dövrü ilə müqayisədə artım 42,1%), 63,8 min ton tikinti gipsi (46,1% enib), bir milyon tondan hazır beton qarışığı (26,6% artım), 172,9 min ton asfalt (20% enib) istehsal edilib.