2015-ci ilin dörd ayı ərzində ölkədə 16,6 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,5% çox ümumi daxili məhsul istehsal olunub.
Bu barədə Oxu.Az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bu dövrdə ümumi daxili məhsulun 36,2%-i sənayedə, 3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 13,5%-i tikintidə, 10,7%-i ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 6%-i nəqliyyat və anbar təsərrüfatında yaradılıb.
Bundan başqa, 2,8%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində, 2 %-i informasiya və rabitə xidmətlərində, 15,2%-i isə sosial və digər xidmətlər sahəsində yaradılıb.
Məhsula və idxala xalis vergilər ÜDM-in 10,6% təşkil edib.
Ülviyyə R. Əli
www.oxu.az