2015-ci ilin beş ayında ölkədə 21,3 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,3% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Oxu.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə iqtisadiyyatın qeyri-neft sahələrinin ÜDM istehsalında 7,6%, neft-qaz hasilatı və istehsalı sektorunda isə 2,4% artım müşahidə edilib. Qeyri-neft sahələrinin ÜDM-də xüsusi çəkisi 66,1%-ə çataraq əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,4% bəndi artıb.
ÜDM-in 53,4%-i iqtisadiyyatın istehsal sahələrinin, o cümlədən 36,4%-i sənayenin, 13,7%-i tikintinin, 3,3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın, 37,5%-i isə xidmət sahələrinin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,1%-ni təşkil edib.
Ülviyyə R. Əli
www.oxu.az