2015-ci ilin yanvar-avqust aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fiziki şəxslər tərəfindən 36,0 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövründəkindən 4,2 faiz çox ümumi daxili məhsul istehsal edilib.
Oxu.Az bu barədə Dövlət Statistika Komitəsinin məlumatına istinadla xəbər verir.
Əlavə dəyərin 34,6 faizi sənayedə, 13,4 faizi tikintidə, 9,9 faizi topdan və pərakəndə ticarət; avtomobillərin və motosikletlərin təmiri, 2,8 faizi yaşayışın təşkili və ictimai iaşə, 6,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,0 faizi informasiya və rabitə, 17,2 faizi isə digər sahələrdə istehsal edilib.
Məhsula və idxala xalis vergilər ÜDM-in 8,0 faizini təşkil edib.
www.oxu.az