Azərbaycanda ümumdaxili məhsulu (ÜDM) hesablamaq üçün yeni üsul tətbiq ediləcək.
Oxu.Az abc.az-a istinadən bildirir ki, bu haqda məlumatı mətbuat konfransında Azərbaycan Dövlət Statistika Komitəsinin informasiya yayımı üzrə şöbə rəisi Meri Əmirova verib.
Onun sözlərinə görə, hal-hazırda komitə 1993-cü ilin statistika üsullarından istifadə edir.
“1993-cü il üsuluna əsasən ÜDM-i istehsalat həcminə görə hesablayırıq, hal-hazırda isə komitədə 2008-ci il üsuluna keçid üçün hazırlıqlar gedir. Bu üsula görə isə ÜDM üç göstəriciyə - istehsalat səviyyəsi, istehlak səviyyəsinə görə və müvəqqəti göstəriciyə görə hesablanacaq” – deyə M.Əmirova bildirib.
Onun sözlərinə görə, komitə hesablamanın yeni üsuluna yaxın zamanlarda keçməyə hazırlaşır.