Nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən yanvar-iyul aylarında 124.9 milyon ton yük daşınılıb.
Oxu.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu əvvəlki ilin müvafiq dövrünə nisbətən 2.5 faiz çox deməkdir.
“Hesabat dövründə 1004.9 milyon nəfər və ya 5.0 faiz çox sərnişin daşınıb.
Yüklərin 9.8 faizi dəmir yolu nəqliyyatı, 56.2 faizi avtomobil nəqliyyatı, 4.6 faizi dəniz nəqliyyatı, 29.4 faizi boru kəmərləri ilə, sərnişinlərin 87.4 faizi avtomobil, 12.3 faizi metropolitenlə daşınıb”, - deyilir məlumatda.
Gülnarə Zeynalova
www.oxu.az