Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, 11 vaqondan ibarət, çəkisi 1 108 ton olan buğda və dörd vaqondan ibarət, çəkisi 273 ton olan arpa "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.
İndiyə qədər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 47 min tondan çox taxıl, doqquz min tona yaxın gübrə, 1 136 ton propan, 133 ton alüminium, 1 114 ton kömür və 67 ton taxta göndərilib.
Eyni zamanda, indiyə qədər Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, beş min tona yaxın "Aİ-92" və "Aİ-95" benzini ixrac olunub.