“AGBank” ASC-nin “Bank Standard” QSC-yə qoşulması prosesinin həyata keçirilməsi üçün əməkdaşlıq etməyə dair razılıq əldə edilib.
Oxu.Az-ın məlumatına görə, bu barədə “Bank Standard” və “AGBank”ın birgə bəyanatında bildirilir.
Bəyanatda deyilir ki, “AGBank”ın “Bank Standard”a qoşulması ilə bağlı “AB Standard” Şirkətlər Qrupuna müraciət edib. Bu müraciət əsasında Holdinq tərəfindən niyyət protokolunun imzalanması barədə qərar qəbul edilib.
Fevralın 11-də imzalanmış niyyət protokoluna əsasən, tərəflər “AGBank”ın “Bank Standard”a qoşulması prosesinin həyata keçirilməsi üçün əməkdaşlıq etməyə dair razılıq əldə edib. Aidiyyəti işlərin görülməsi üçün hər iki bankın, habelə audit və hüquq şirkətlərinin nümayəndələrindən ibarət işçi qrupu yaradılacaq.
09:29
Bir müddət əvvəl elan olunan “AGBank” ASC ilə “DəmirBank” ASC arasında nəzərdə tutulan konsolidasiya prosesinə xitam verilib.
Bu barədə bankdan Oxu.Az-a bildirilib.
“Bununla belə, çoxillik fəaliyyəti nəticəsində əldə etdiyi nailiyyətləri yeni formada yaşatmaq, dəyərli müştərilərinə qabaqcıl standartlara uyğun xidmətin davamlı olaraq göstərilməsini və bankın illər ərzində formalaşan yüksək peşəkarlıq ənənələrinə sadiq işçi heyətinin bank xidmətləri bazarında fəaliyyətinin səmərəliliyini daha da artırmaq məqsədilə “AGBank” ASC, digər bir yerli bankla müvafiq məsləhətləşmələr aparıb.
Belə danışıqlar nəticəsində ölkənin aparıcı banklarından olan “Bank Standard” KB ilə ilkin razılaşma əldə olunmuş və bu barədə bankların səlahiyyətli nümayəndələri tərəfindən 2016-cı ilin 11 fevral tarixində Niyyət protokolu imzalanıb.
Razılaşmaya əsasən bankların nümayəndələrindən ibarət işçi qurupu “AGBank” ASC-nin OSC “Bank Standard” KB-a qoşulması layihəsinin gercəkləşdirilməsi istiqamətində birgə işlər apacaqdır”, - deyə bankın açıqlamasında qeyd edilib.
Ülviyyə R. Əli
www.oxu.az