Azərbaycanın ixrac qaz kəmərinin (SCPX) genişləndirilməsi üçün boruların çatdırılması işi başlayır.
Oxu.Az Abc.az-a istinadən xəbər verir ki, BP Azerbaijan şirkətinin məlumatına görə, SCPX üçün boruların birinci hissəsi Azərbaycana bu ilin sonunda gətiriləcək.
“Hal-hazırda 2013-cü ilin dekabr ayının 17-də sanksiyalaşdırılmış Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsi üçün əksər müqavilələr təqdim edilib”, - məlumatda deyilir.
Onların arasında əsasən Azərbaycan və Gürcüstanda qaz kəmərlərinin tikilməsinə dair olan müqavilələr yer alır.
SCPX qaz kəməri də, SCP kəməri kimi Şah-Dəniz qaz yatağından qərb istiqamətdə qazın ixracı üçün nəzərdə tutulub.