Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycanın neft-qaz gəlirləri tədricən azalacaq - PROQNOZ
Azərbaycanın dövlət büdcəsinin gəlirləri 2027-ci ildə 16 227,6 milyon manat təşkil edəcək, bu da 2023-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 8,5% azalma deməkdir.
APA xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin hazırladığı “2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədində bildirilib.
Proqnoza görə, 2024-cü ildə dövlət büdcəsinin neft-qaz gəlirləri 16 756 milyon manat səviyyəsində olacaq ki, bu da 2023-cü ilin proqnoz göstəricisindən 5,54% azdır.
Məlumata görə, 2023-cü ildə dövlət büdcəsinin gəlirləri 17 739,7 milyon manat həcmində proqnozlaşdırılıb, bu da illik müqayisədə (2022-ci il - 15 329,6 milyon manat) 15,7% çoxdur.
Proqnoza əsasən, 2015-ci ildə dövlət büdcəsinin gəlirləri 17 701,3 milyon manat, 2026-cı ildə isə 16 839,3 milyon manat səviyyəsində olacaq.