Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycanın neft-qaz sektoru ilə bağlı PROQNOZ: Artım gözlənilir - FOTO
“2024-cü ildə Azərbaycanın neft-qaz sektorunda 1,7% azalma, qeyri-neft-qaz sektorunda isə 4,6% artım proqnozlaşdırılır”.
“Report” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.
“Bu, qeyri-neft-qaz sektorunun inkişafı hesabına ölkə iqtisadiyyatının dayanıqlılığının təmin olunması hədəfinə uyğundur. Dediyim göstəricilər həyata keçiriləcək tədbirlər nəticəsində əldə olunacaq”, - deyə o qeyd edib.
“Qeyri-neft-qaz sektorunun inkişafı sahəsində atılan addımların nəticəsidir ki, qarşıya qoyulan məqsədlərə, hədəflərə uğurla nail oluruq. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası, həmin ərazilərin ölkə iqtisadiyyatına inteqrasiyası istiqamətində geniş tədbirlər həyata keçirilir”, - deyə S.Məmmədov əlavə edib.
"Milli Məclis" teqi üzrə xəbərlər
- Milli Məclis hibrid təhdid halları ilə bağlı təhlillər aparır
- Müharibədən sonra Fransa anti-Azərbaycan münasibətini açıq şəkildə nümayiş etdirməyə başladı
- Gülşən Paşayeva: "Fransa Avropa İttifaqında ən böyük erməni diasporuna malikdir"
- Sədr müşaviri: "Ailə həkimləri yoxdur, ilkin səhiyyə xidmətinə ayrılan vəsait çox aşağıdır"
- Səhiyyə sistemi ilə bağlı 15-ə yaxın sənəddə PROBLEM var