Cari ilin yanvar-may aylarında Azərbaycanda maşın və avadanlığın, nəqliyyat vasitələri, avtomobil və qoşquların istehsalı müəssisələri tərəfindən 152,3 milyon manatlıq məhsul istehsal edilib.
Oxu.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən bildirilənə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlığın istehsalında 4,7 faiz, avtomobil və qoşquların istehsalında 2,6 faiz, nəqliyyat vasitələrinin istehsalında isə 2,8 faiz artım qeydə alınıb.
Gülnarə Zeynalova
www.oxu.az